13:16 27-06-2020
news_image
2088
FUTBOL

Karyerasını bərpa edə bilər - Ronaldinyo

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo karyerasını bərpa edə bilər.

Apasport.az saytının məlumatına görə, 40 yaşlı sabiq yarımmüdafiəçinin Argentinada çıxış etmək ehtimalı yaranıb.

Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya" klubu Ronaldinyonun xidmətində maraqlıdır. Bir müddət əvvəl Paraqvayda ev dustağı olan "Barselona" və "Milan"ın keçmiş futbolçusu ilə danışıqlara başlanılıb.

Qeyd edək ki, 2016-cı ildə "Ximnasiya"nın təklifini qəbul etməyən Ronaldinyo 2018-ci ildə "Fluminense"nin heyətində karyerasına son qoyub.