14:49 27-06-2020
news_image
176
FUTBOL

İkiqat maaş təklifi - paytaxt klubundan

"Atletiko" "Napoli"nin hücumçusu Arkadiuş Milikin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi bununla bağlı danışıqlarını davam etdirir.

Paytaxt klubu artıq 26 yaşlı oyunçunun meneceri ilə də təmasa keçib. La Liqa təmsilçisi Polşa millisinin sabiq üzvünə illik 5 milyon avro maaş təklif edib ki, bu, hazırkı məvacibindən iki dəfə çoxdur. "Napoli" isə onun keçidindən 40-50 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, Arkadiuş Miliklə "Yuventus", "Arsenal" və "Tottenhem" də maraqlanır.