23:30 27-06-2020
news_image
224
FUTBOL

Götze ilə vidalaşdı - "Borussiya"

Dortmund "Borussiya"sı yarımmüdafiəçi Mario Götze ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi bu barədə tvitter səhifəsində paylaşım edib.

Dortmundlular Bundesliqada mövsüm başa çatan kimi, 28 yaşlı pleymeykerlə vida videosu yayımlayıb. Almaniya millisinin sabiq üzvü müqavilə müddəti başa çatdığı üçün azad agent statusu alıb. Onun karyerasını "Atletiko"da davam etdirməsi gözlənilir.

Qeyd edək ki, 2013-2016-cı illərdə "Bavariya"da çıxış etmiş Mario Götzenin karyerasının qalan hissəsi "Borussiya" ilə bağlıdır.