00:50 28-06-2020
news_image
146
FUTBOL

Keçmiş yetirməsini istəyir - Mourinyo

"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, hazırda "İnter"də icarə əsasında çıxış edən ulduz futbolçu "Tottenhem"in maraq dairəsinə düşüb.

London klubunun baş məşqçisi Joze Mourinyo Çili millisinin üzvünü yenidən ixtiyarında görmək arzusundadır. Sançes "Mançester Yunayted"də çıxış edəndə komandanın baş məşqçisi məhz Mourinyo olub. Artıq klublar arasında danışığa start verilib. "İnter"in onu transfer etmək istəməməsi "Tottenhem"in şansını artırır. 

Qeyd edək ki, Aleksis Sançesin "Mançester Yunayted"lə müqavilə müddətin 2022-ci ilin yayına qədərdir.