01:45 28-06-2020
news_image
157
FUTBOL

Oyuna qoşuldu, komandası qalib gəldi - Eddi

İspaniya La Liqa2-də XXXVI tura start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi "Albasete" səfər matçına çıxıb.

Elitada qalmaq uğrunda mübarizə aparan adıçəkilən komanda son pillənin sahibi "Rasinq" üzərində səfərdə əzmkar qələbə qazanıb.

Matça ehtiyatda başlayan Eddi fasilədən sonra meydana daxil olub və 62-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”. "Albasete" məhz ikinci hissədə vurduğu 2 qolla aktivinə 3 xal yazdırıb - 2:1.

Bu qələbədən sonra "Albasete" 43 xalla turnir cədvəlinin 16-cı pilləsinə yüksəlib.