13:39 28-06-2020
news_image
460
FUTBOL

41 yaşında öldü - Slovakiya yığmasının sabiq futbolçusu

Slovakiya milli komandasının sabiq futbolçusu Marian Çisovski vəfat edib.

Apasport.az saytının məlumatına görə, bunu onun 2014-cü ildə karyerasını başa vurduğu son klubu olan Plzen “Viktoriya”sının mətbuat xidməti açıqlayıb.

Sabiq müdafiəçi 41 yaşlında ölüb. Buna amiorofik skleroz səbəb olub. Ötən il eyni xəstəlikdən Niderland millisinin sabiq futbolçusu Fernando Riksen də 43 yaşında vəfat edib. 

Qeyd edək ki, Çişovski Slovakiyada “Qumenne”, “İnter”, “Jilina”, “Artmedia”, Rumıniyada “Timişoara” klublarında oynayıb. Üçqat ölkə çempionu olan müdafiəçi millidə 15 matç keçirib.