13:56 28-06-2020
news_image
129
FUTBOL

“Yuventus” hücum xəttini gücləndirir - 19 yaşlı hücumçu ilə

İtaliyanın “Yuventus” klubu heyətinə yeni futbolçu ilə gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən portuqaliyalı Feliş Korreanı heyətinə qatacaq.

19 yaşlı hücumçunun keçidi yaxın gülərdə rəsmiləşəcək. Niderland təmsilçisi “Alkmaar”da icarədə olan futbolçunun qiyməti 800 min avrodur.

Qeyd edək ki, hücumçu əvvəllər Portuqaliyada “Sportinq”in şərəfini qoruyub.