14:12 28-06-2020
news_image
164
FUTBOL

“Arsenal” “Zalsburq”dan müdafiəçi alır – 27 milyona

İngiltərənin “Arsenal” klubunun bu yay transfer etmək istədiyi futbolçulardan birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Macarıstan millisinin üzvü Dominik Şoboşlaini heyətində qatmaqda maraqlıdır.

Premyer Liqa klubu Avstriya “Zalsburq”unda çıxış edən müdafiəçinin transferi ilə arxa xətti gücləndirməyi planlaşdırır. İndiki komandası futbolçu üçün 27 milyon funt sterlinq istəyir.

Qeyd edək ki, Dominik Fransa PSJ-si və bir neçə İtaliya klubunun da maraq dairəsindədir.