14:53 28-06-2020
news_image
203
FUTBOL

50 milyon avro qiymət qoydu - “Milan”

İtaliyanın “Milan” klubunun futbolçusu İsmael Bennaser karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” yarımmüdafiəçini mövsümlərarası fasilədə heyətinə qatmaq fikrindədir.

A seriyası təmsilçisi futbolçu üçün 50 milyon avro tələb edir. İngiltərəlilər 23 yaşlı əlcəzairlinin keçidi üçün danışıqlara başlamağı planlaşdırır. Mançester klubu yarımmüdafiəçinin qiymətinin aşağı salınacağına ümidlidir.

Qeyd edək ki, Bennaseri Fransa PSJ-si də heyətində görməkdə maraqlıdır.