21:21 28-06-2020
news_image
278
FUTBOL

Nazarov mövsümdə son matçına çıxdı, komandası qalib oldu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov mövsümdə son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya II Bundesliqasının XXXIV turunun iştirakçısı olub.

O, şərəfini qoruduğu “Aue”nin “Reqensburq”la səfər matçında start heyətində çıxıb. Nazarov 90-cı dəqiqədə əvəzlənib. Onun komandası səfər görüşündən üç xalla ayrılıb – 2:1.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 47-yə çatdıran “Aue” çempionatı 7-ci pillədə başa vurub.