21:31 28-06-2020
news_image
112
FUTBOL

“Verder”in rəqibi bəlli oldu, “Hamburq”un arzusu gözündə qaldı

Almaniya 2-ci Bundesliqasında mövsüm başa çatıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqaya ikinci vəsiqə və pley-offda oynayacaq komandanın adı son turda bəlli olub.

XXXIV turda “Darmştadt”a 1:3 hesabı ilə uduzan “Ştutqart” yüksək dəstəyə qayıtmaq hüququ qazanıb. 58 xalla ikinci yeri tutan ştutqartlılar buna öncədən nail olan “Arminiya”ya qoşulub.

68 xalla aşağı dəstənin qalibi olan sonuncular mövsümü qələbə ilə başa vurub. Bilefeld təmsilçisinin son turda 3:0 hesabı ilə darmadağın etdiyi “Haydenhaym” 55 xalla isə üçüncü yerlə kifayətlənib. Bu komanda Bundesliqada 16-cı olan “Verder”lə pley-off matçlarında qüvvəsini sınayacaq. Son turda “Sandhauzen”ə 1:5 hesabı ilə uduzan “Hamburq” 54 xalla 4-cü olub və Bundesliqa arzusunu təxirə salıb.

Qeyd edək ki, “Veen” və Drezden “Dinamo”su aşağı dəstəyə yuvarlanıb, “Nürnberq” pley-offa yollanıb.