09:22 29-06-2020
news_image
136
FUTBOL

61 ildən sonra ilk dəfə - A seriyasında

İtaliya A seriyasının XXVIII turu "Atalanta" üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, "Udineze" üzərində səfər qələbəsi qazanan komanda yeni rekord müəyyənləşdirib.

3:2 hesabı ilə qalib gələn "Atalanta" cari mövsüm qol sayını 80-ə çatdırıb. Komanda 61 ildən sonra 28 tur ərzində bu göstəriciyə nail olan ilk klub olub. 1958/59 mövsümündə "Fiorentina" aktivinə 86 qol yazdırıb. "Atalanta" eyni zamanda A seriyasında özünün ən yaxşı göstəricisini də yeniləyib.

Qeyd edək ki, komanda hazırda 57 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.