09:58 29-06-2020
news_image
98
FUTBOL

Seçkilərindən sonra “Barselona”ya qayıdacağına inanır - Xavi

"Ən böyük arzum "Barselona"nın baş məşqçi kimi qayıdıb uğur qazanmaqdır".

Apasport.az saytının məlumatına görə, bunu Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes deyib.

Gənc mütəxəssis hələ də "Barselona"nı çalışdırmağın xəyallarını qurduğunu söyləyib. 40 yaşlı çalışdırıcı rəhbər dəyişikliyindən sonra bunun reallaşacağına inandığını deyib: "Məşqçilər heyətimlə birlikdə orada sıfırdan başlamaq istəyirik. Qərar verən məsul şəxs qismində olmaq istəyirəm. Prezident seçkilərindən sonra kluba qayıtmaq ən ideal variant olar. Yanvarda onlara qayıtmağın düzgün zaman olmadığını bildirmişdim. İnanıram ki, mənimlə yenidən danışıqlar aparacaqlar".

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə "Barselona"nın heyətində 700-dən çox oyun keçirib.