11:21 29-06-2020
news_image
2932
TOKİO-2020

Tokio-2020-nin keçirilməsinin əleyhinədir - yaponlar

Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunları ilə bağlı sorğu keçirilib.

Apasport.az saytının məlumatına görə, respondentlərin yarıdan çoxu koronavirus pandemiyası üzündən 2020-ci ildən təxirə salınan Olimpiadanın 2021-ci ildə təşkil olmasının əleyhinədir.

Sorğuya qatılanların 51,7 faizi yarışların gələn il baş tutmayacağına ümidlidir. Olimpiadanın ümumilikdə ləğv edilməsini istəyənlər 27,7, ikinci dəfə təxirə düşməsinin tərəfdarları 24 faiz təşkil edir.

Digər 48,3 faiz Olimpiadanın 2021-ci ildə keçirilməsinin tərəfdarıdır. Respondentlərin 31,1 faizi dördilliyin mötəbər yarışının tamaşaçısız və daha məhdud proqramla təşkilinə səs verib. Yalnız 15,2 faiz Olimpiadanın tam şəkildə keçirilməsini istəyir.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.