11:23 29-06-2020
news_image
195
FUTBOL

Cavid İmamverdiyev "Keşlə"də! – özü açıqladı

Cavid İmamverdiyev "Sabah"la yollarını ayırıb.

Bu barədə apasport.az saytına futbolçu özü məlumat verib.

30 yaşlı yarımmüdafiəçi gələn ilin yayına qədər olan müqavilə müddətinin qarşılıqlı razılıqla ləğv edildiyini açıqlayıb.

İmamverdiyev yeni klubunu da artıq müəyyənləşdirib. O, 2020/21 mövsümdə "Keşlə"nin şərəfini qoruyacaq. Futbolçu Avropa Liqasında mübarizə aparacaq paytaxt klubu ilə 1 illik müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, Cavid İmamverdiyev geridə qalan mövsüm 14 matçda iştirak edib, 2 qola imza atıb.