11:38 29-06-2020
news_image
1007
DÖYÜŞ NÖVLƏRİ

Hacıyev qətldə şahid kimi iştirak edib - AGF

Azərbaycan Güləş Federasiyası (AGF) sərbəst güləş üzrə milli komandanın üzvü Nurməhəmməd Hacıyevin qətldə ittiham olunaraq axtarışa verilməsinə münasibət bildirib.

AGF apasport.az saytının sorğusuna cavab olaraq bildirib ki, milliləşən dağıstanlı legionerlə bağlı məsələ nəzarətdədir.

İdmançının yaxınlarının AGF-ə verdiyi məlumata görə, təmsilçimiz qətldə birbaşa iştirak etməyib: “Federasiya rəhbərliyi bu hadisədən sonra Nurməhəmməd Hacıyevin yaxınları ilə əlaqə saxlayıb, hadisə haqda məlumat əldə etməyə çalışıb. Bizə verilən məlumata görə hadisə ailə-məişət zəminində baş verib. Sadəcə Hacıyev bu prosesdə şahid kimi iştirak edib, birbaşa cinayətdə iştirak etməyib. Hazırda araşdırma gedir. Prosesin yekunlaşmasını gözləyirik”.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən güləşçi iki həmyerlisi ilə birlikdə qətldə günahlandırılır və bu səbəbdən axtarışa verilib.