12:29 29-06-2020
news_image
625
FUTBOL

"Zirə"də daha 3 ayrılıq - 1 yerli, 2 əcnəbi

"Zirə"də daha 3 futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, rəhbərlik müqavilə müddəti başa çatan 1 yerli və 2 əcnəbi futbolçu ilə yollarını ayırıb.

Bunlar qapıçı Orxan Sadıqlı, müdafiəçilər Alvaro Ampuero və Adrian Skarlatakedir. Bakılılar adıçəkilən oyunçuların xidmətində maraqlı olmadığından, Sadıqlı, Ampuero və Skarlatake artıq azad agent statusu daşıyırlar.

Beləliklə, mövsümlərarası fasilədə "Zirə"dən ayrılan futbolçu sayı 6-ya yüksəlib. Buna qədər qəsəbə təmsilçisi Anastasios Papazoğlu, Miloş Bakraç və Yovan Krneta ilə sağollaşıb.

Qeyd edək ki, 2019/20 mövsümündə Premyer Liqada Alvaro Ampuero 19, Adrian Skarlatake 15, Orxan Sadıqlı isə 11 matçda iştirak edib.