14:06 29-06-2020
news_image
1064
FUTBOL

Futbolçunun xanımından sərt cavab: “Başınız qaçıb” - FOTOSESSİYA

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun futbolçusu Vitali Buyalskinin həyat yoldaşı Alina növbəti dəfə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, instaqram səhifəsindəki paylaşdığı şəkillərlə abunəçiləri tərəfindən birmənalı qarşılaşmayıb. 

Əksəriyyət futbolçunun xanımının gözəlliyindən heyrətə gələrək Alina haqda xoş sözlər yazmağı lazım bilib. Lakin müəyyən qüsurlar sezənlər də olub. 

Belə abunəçilər Alinanı zövqsüz şəkillərini paylaşmaqda qınayıb. 25 yaşlı Buyalskaya belə qınaqlardan birinə sərt reaksiya verib: “Yəqin ki, sizin başınız qaçıb”.

Buna baxmayaraq, Alina fiqurasındakı dəyişikliklərin səbəbini də açıqlayıb. O, bunu hamiləliyi ilə bağlayıb.

Qeyd edək ki, 2017-ci ilin noyabrında Buyalskilərin Zlara adlı qızı anadan olub.