14:36 29-06-2020
news_image
273
FUTBOL

Daha 5 futbolçu getdi - "Keşlə"dən

"Keşlə" daha 5 futbolçu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Əfran İsmayılov, Tural Bayramlı, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə bitən müqavilələr qarşılıqlı razılıq əsasında yenilənməyib.

Qeyd edək ki, buna qədər Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, Miyusko Boyoviç, Con Kamara, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev və Cavid İmamverdiyev isə transfer olunub.

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirli isə komandanı tərk ediblər.