16:56 29-06-2020
news_image
160
FUTBOL

Türkiyə millisinin üzvünü istəyir - "Sevilya"

Türkiyə millisinin futbolçusu Okay Yokuşlu klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, "Selta"da çıxış edən yarımmüdafiəçi "Sevilya"nın maraq dairəsindədir.

Əndəlüs klubu mövsümün sonunda 26 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq niyyətindədir. "Sevilya"nın idman direktoru Ramon Monçi bununla bağlı danışıqlara artıq start verib. O, ilk görüşdə "Selta"ya 40 milyon avro təklif edib.

Qeyd edək ki, Okay Yokuşlu "Selta"ya 2018-ci ilin yayında "Trabzonspor"dan keçib.