17:29 29-06-2020
news_image
110
FUTBOL

Kulibaliyə yeni müştəri - İngiltərədə

"Napoli"nin müdafiəçisi Kalidu Kulibaliyə daha bir klub müştəri çıxıb.

Apasport.az saytının məlumatına görə, "Liverpul" ulduz futbolçunun transferində maraqlıdır.

"Qırmızılar" Seneqal millisinin üzvü müqabilində neapollulara müdafiəçisi Deyan Lovren və pul təklifi edib. Kulibali "Mançester Siti"nin də maraq dairəsində olmasına baxmayaraq, "Liverpul"a keçməyə daha yaxın görünür.

Qeyd edək ki, "Napoli" aparıcı oyunçusunu 100 milyon avroya satmağı planlaşdırır.