17:59 29-06-2020
news_image
145
FUTBOL

Klaudio Bravoya təklif - Türkiyədən

"Mançester Siti"nin qapıçısı Klaudio Bravonun Türkiyəyə köçmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, "Beşiktaş" Çili millisinin qolkiperi ilə danışığa başlayıb.

"Şəhərlilər"lə müqavilə müddəti mövsümün sonuna qədər olan 37 yaşlı qolkiperə "qara qartal" 1+1 illik sözləşmə təklif edib. Bravo razılıq versə, illik məvacibi 1,6 milyon avro təşkil edəcək. Ancaq onunla "Qalatasaray", "Seltik" və "Nyu York Siti" də maraqlanır.

Qeyd edək ki, Klaudio Bravo 2016-cı ildən "Mançester Siti"də çıxış edir.