23:22 29-06-2020
news_image
76
FUTBOL

Baş məşqçisini istefaya göndərdi – “Valensiya”

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Valensiya” Albert Seladeslə yollarını ayırıb.

Mütəxəssisin vəzifəsindən azad edilməsinə uğursuz nəticələr səbəb olub. Onu mövsümün sonunadək Voro Qonsales əvəzləyəcək.

Qeyd edək ki, XXXII turda “Vilyarreal”a 0:2 hesabı ilə uduzan “Valensiya” 46 xalla 8-ci pillədə qərarlaşıb.