00:07 30-06-2020
news_image
162
FUTBOL

“Liverpul” imtina etdi – Kulibalinin transferindən

İtaliyanın “Napoli” klubunun futbolçusu Kalidu Kulibali “Liverpul”a keçməyəcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasında çempion titulunu qazana mersisaydlılar seneqallı uğrunda mübarizədən çəkilib.

Buna futbolçu üçün qoyulan qiymət səbəb olub. “Napoli” oyunçusu üçün 100 milyon avro tələb edib. “Liverpul” bu rəqəmi şişirdilmiş sayır. Klub rəhbərliyi müdafiəçi üçün 60 milyon ödəmək fikrində idi.

Qeyd edək ki, Kulibalini heyətinə qatmaq uğrunda “Mançester Siti” və “Mançester Yunayted” mübarizə aparır.