09:01 30-06-2020
news_image
1418
FUTBOL

Azərbaycan millisinə yeni namizəd - Roy Kin

Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd əlavə olunub.

Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted"in əfsanəvi futbolçusu Roy Kin yığmamızı çalışdıra bilər.

Bu barədə "Sun" nəşri məlumat yayıb. Bildirilir ki, AFFA artıq Kinlə danışıqlara start verib. Hətta şərtlərin 49 yaşlı irlandiyalı mütəxəssis üçün cəlbedici ola biləcəyi və onun təklifi qəbul edəcəyi vurğulanıb. Kin 48 saat ərzində təklifi cavablandırmalıdır. Çünki assosiasiya ondan tez qərar verməyi tələb edib.

AFFA-ya yaxın mənbə ən real namizədlərinin məhz Kin olduğunu təsdiqləyib.

Qeyd edək ki, Roy Kin ötən il "Nottingem Forest"də köməkçi məşqçi vəzifəsini icra edib. O, hazırda televiziya kanalında şərhçi kimi çalışır.