12:37 30-06-2020
news_image
169
FUTBOL

Bundesliqadan hücumçu gətirir - “Arsenal”

Almaniyanın “Volfsburq” klubunun futbolçusu Vaut Veqhorst karyerasını İngiltərədə davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, niderlandlı hücumçu “Arsenal”ın maraq dairəsinə düşüb.

London təmsilçisi mövsümlərarası fasilədə hücum xəttini gücləndirməyə qərar verib. Forvardın qiymətinin 35 milyon avro olduğu bildirilir. 27 yaşlı niderlandlının Bundesliqa təmsilçisi ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Veqhorst cari mövsüm bütün turnirlərdə keçirdiyi 42 matçda 20 qol vurub.