13:15 30-06-2020
news_image
480
TOP OYUNLARI

Baş məşqçisiz qaldı - yığmamızın hücumçusu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Əzizovanın şərəfini qoruduğu Belarusun “Minçanka” klubunda baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Minsk təmsilçisi Viktor Qonçarovla yollarını ayırıb.

Baş məşqçi postunda 4 il çalışan təcrübəli mütəxəssis klubun strukturunda başqa vəzifədə işləyəcək. 27 yaşlı hücumçumuzun yeni çalışdırıcısı hələ dəqiqləşməyib.

Qeyd edək ki, Əzizova iki ay öncə “Minçanka” ilə müqavilə imzalayıb.