13:43 30-06-2020
news_image
344
FUTBOL

Avropa Liqasına kim aparacaq? - "Sumqayıt"ı

Koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan mövsümdə 4-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanan "Sumqayıt" transfer dönəminin ən səssiz komandalarından biridir.

Apasport.az saytının məlumatına görə, rəhbərlik ilk olaraq baş məşqçi məsələsini həll etməyi düşünür.

"Gənclik şəhəri" təmsilçisi komandanı tarixində ilk dəfə Avropa arenasına daşıyan çalışdırıcısı Ayxan Abbasovla yollarını davam etdirmək niyyətindədir. Klub prezidenti Riad Rəfiyev 39 yaşlı mütəxəssisin qalmasını istəyir və hazırda danışıqlar bu yöndə gedir. Qeyri-adi bir hadisə baş verməsə, "Sumqayıt"ı 2020/21 mövsümündə də məhz Abbasov çalışdıracaq.

"Kimyaçılar" baş məşqçi məsələsini bu həftə qətiləşdirdikdən sonra müqavilə müddəti başa çatan futbolçularla danışıqları sürətləndirəcək.

Qeyd edək ki, yay fasiləsində hələlik "Sumqayıt"ı yalnız Şəhriyar Əliyev tərk edib. Digər futbolçular isə rəhbərliklə görüşü gözləyir.