13:50 30-06-2020
news_image
90
FUTBOL

“Barselona” futbolçusunu satdı – 10 milyona

İspaniyanın “Barselona” klubunun futbolçusu Mark Kukurelya “Xetafe”yə transfer olunub.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubu açıqlayıb.

“Xetafe” icarəyə götürdüyü müdafiəçinin transferi üçün 10 milyon avro ödəyəcək. Futbolçunun gələcək transferinin 10 faizi də barselonalılara çatacaq.

21 yaşlı ispaniyalı 2012-ci ildən “Barselona”dadır. O, əsas komandada 2017-ci ilin oktyabrında debüt edib. Bu, onun yeganə matçı olub.

Qeyd edək ki, cari mövsüm “Xetafe”də icarədə olan futbolçu 31 matçda 1 qol vurub.