15:50 30-06-2020
news_image
119
FUTBOL

“Bavariya”da 5 illik müqavilə - qapıçı ilə

Almaniyanın “Şalke” klubunun futbolçusu Aleksandr Nyubel “Bavariya” ilə anlaşıb.

Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçən 23 yaşlı qapıçı Münhen təmsilçisi ilə müqavilə imzalayıb.

5 illik anlaşmaya imza atan qolkiper 2025-ci ilin yayınadək Almaniyanın ən titullu klubunda çıxış edəcək. “Bavariya” Nyubellə keçidi hələ ötən qışda razılaşdırıb. Həmin vaxt qapıçı ilə razılıq əldə olunub ki, müqaviləsi başa çatandan sonra azad agent kimi Münhen klubuna keçəcək.

Qeyd edək ki, Nyubel Helzenkirhen təmsilçisində 4 mövsüm keçirib.