17:16 30-06-2020
news_image
136
FUTBOL

"Valensiya" ilə vidalaşdı - Qaray

"Valensiya"nın müdafiəçisi Ezekyel Qaray karyerasını başqa klubda davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu "yarasalar"la vidalaşıb.

Argentina millisinin üzvü instaqram səhifəsi vasitəsilə "Valensiya" azarkeşlərinə ürək sözlərini yazıb. Sabahdan müqavilə müddəti başa çatacaq Qaray azad agent statusu daşıyacaq.

Qeyd edək ki, 2016-cı ildən "Valensiya"nın formasını geyinən Ezekyel Qaray cari mövsüm 23 matçda iştirak edib.