17:24 30-06-2020
news_image
1406
DÖYÜŞ NÖVLƏRİ

Nurməhəmmədovun qonorarı bəlli oldu – 300 min dollar

Yüngül çəkidə MMA üzrə UFC versiyasında dünya çempionu Həbib Nurməhəmmədovun qonorarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu rusiyalı idmançının meneceri Əli Əbdel-Əziz açıqlayıb.

O, Həbinin publika önünə çıxdığı hər gün üçün 78 min dollar qazanması ilə bağlı informasiyaya münasibət bildirib. Menecer döyüşçünün daha çox qonorar aldığını vurğulayıb. Onun sözlərinə görə, Nurməhəmmədov gününə 300 min dollardan az almır.