22:13 30-06-2020
news_image
91
FUTBOL

"Bavariya"ya transferi razılaşdırıldı - Sanenin

"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sanenin "Bavariya"ya transferi razılaşdırılıb.

Apasport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, Münhen klubu 24 yaşlı hücumameyilli oyunçudan sonra klubu ilə də anlaşıb. Keçid 50 milyon avrodan aşağı qiymətə baş tutacaq. Almaniya millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq. Sane özü koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən "Bavariya"dan tələb etdiyi 20 milyon avroluq maaşda da endirimə gedib.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən Leroy Sane cari mövsüm zədə səbəbindən cəmi 3 matçda iştirak edib.