22:57 30-06-2020
news_image
438
FUTBOL

Daha bir ayrılıq - “Sumqayıt”da

“Sumqayıt” Şəhriyar Əliyevin ardından daha bir futbolçusu ilə vidalaşıb. 

Apasport.az saytının məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək “Gənclik şəhəri” təmsilçisi Mehdi Şərifi ilə də müqaviləyə xitam verib.

İranlı hücumçunun sumqayıtlılarla daha bir illik müqaviləsi olsa da, klub rəhbərliyinə müraciət edərək ayrılmaq istədiyini bildirib. Şərifinin belə qərar qəbul etməsinə Azərbaycan futbolundakı mövcud vəziyyət təsir edib. Məsələ burasındadır ki, milli çempionatımızda 2019/20 mövsümü vaxtından əvvəl yekunlaşdırıldı, yeni mövsümlə bağlı isə qeyri-müəyyənlik hökm sürür. Bu üzdən də Mehdi “Sumqayıt”la müqaviləsinin ləğvini istəyib. Klub rəhbərliyi isə ona azad agent statusu verib.

27 yaşlı forvard artıq ölkəsinə qayıdıb. Onun yaxın günlərdə İran klublarından biri ilə müqavilə bağlaması gözlənilir (sport24.az).