23:28 30-06-2020
news_image
123
FUTBOL

Barselonaya gedir - "Real"ın futbolçusu

"Real Sosyedad"ın futbolçusu Martin Edeqor mövsümün qalan oyunlarını buraxa bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb gənc yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Müqavilə ilə "Real"a məxsus olan 21 yaşlı orta sahə oyunçusu dizində yaranan şiş səbəbindən Barselonaya yollanacaq. Norveç millisinin üzvü məhz orada müayinədən keçəcək. Həkimlər onun mövsümün qalan matçlarını buraxmaq ehtimalının yüksək olduğunu bildirib.

Qeyd edək ki, Martin Edeqor cari mövsüm İspaniya La Liqasında 27 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə verib.