00:06 01-07-2020
news_image
120
FUTBOL

Koutinyo və Perişiç razılaşdı - maaşları azaldıldı

"Bavariya"da icarə əsasında çıxış edən 3 futbolçu mövsümün sonuna qədər komandanın formasını geyinəcək.

Apasport.az saytının məlumatına görə, Alvaro Odriozola, Filipp Koutinyo və İvan Perişiç icarə müddətini uzatmağa və avqustun sonuna qədər komandada qalmağa razılıq verib.

Adıçəkilən futbolçular Çempionlar Liqasının qalan matçlarında Münhen klubunun şərəfini qoruya biləcək. Onlar eyni zamanda qarşıdakı iki ayda əməkhaqqısının 50 faizindən imtina ediblər.

Qeyd edək ki, Koutinyo "Barselona"dan, Odriozola "Real"dan, Perişiç isə "İnter"dən icarəyə götürülüb. Bundesliqa çempionu mövsümün sonunda hər üç futbolçunu klubuna qaytaracaq.