09:05 01-07-2020
news_image
59
FUTBOL

Klub prezidenti Nazarovu fərqləndirdi: "Dmitri güclü idi"

Almaniyanın Bundesliqa II təmsilçisi "Aue"nin prezidenti Helqe Leonhardt komandasının başa çatan mövsümdəki çıxışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri bəzi futbolçuların çıxışını fərqləndirib.

Onlar arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov da olub. Leonhardt yığmamızın üzvünü "Aue"nin ən yaxşı oyunçularından biri hesab edir: "Futbolçu və məşqçi heyəti birlik nümayiş etdirərək oyunlara çıxdı. Üstəlik, komandanın arxasındakı kollektiv də yaxşı iş gördü. Düşünürəm ki, qapıçımız Martin Mannel daha bir uğurlu mövsüm keçirdi. Ancaq Filipp Rise, Florian Kruqer, Klemens Fandrix, Yan Hoşheydt və Dmitri Nazarov da bu mövsüm güclü oldular. Marko Mixoyeviçin mövsümün ilk yarısındakı əla çıxışını da qeyd etməliyəm. Unutduğum digərləri məni bağışlasınlar".

Qeyd edək ki, "Aue" 2019/20 mövsümündə 47 xalla 7-ci yeri tutub. Dmitri Nazarov isə geridə qalan mövsümdə 10 qola imza atıb.