09:38 01-07-2020
news_image
403
FUTBOL

"Azərbaycandakı 4 ili unutmayacağam" - Dabo vidalaşdı

"Neftçi"dən ayrılan Baqali Dabo bu gündən azad agent statusu daşıyır.

Apasport.az saytının məlumatına görə, 2016-cı ildən ölkəmizdə çıxış edən fransalı forvard instaqram səhifəsi vasitəsilə vida məktubu yazıb.

"Qəbələ" və "Neftçi"nin sabiq üzvü Azərbaycana minnətdarlığını bildirib: "Təşəkkürlər, Azərbaycan. Geridə qalan 4 il ərzində buradakı hər anı heç vaxt unutmayacağam və hər şeyin ən yaxşısını diləyirəm. Bilirəm ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək. Bir daha təşəkkür edirəm".

Qeyd edək ki, Baqali Dabo 2 il "Qəbələ"nin, 2 il isə "Neftçi"nin formasını geyinib. 32 yaşlı oyunçu karyerasını Kipr klubu "Apollon"da davam etdirəcək.