10:11 01-07-2020
news_image
153
FUTBOL

Azərbaycan yığması 3-cü olacaq? – Millətlər Liqasında

Bu ilin payızında keçiriləcək UEFA Millətlər Liqası qrup mərhələsi bağlı ehtimallar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq hər komandanın şansları müəyyənləşib.

Ekspertlər C liqasının 1-ci qrupunda qüvvəsini sınayacaq Azərbaycan yığmasının da gücünü dəyərləndirib. Monteneqro, Kipr və Lüksemburqa rəqib olan millimizin şansları o qədər də yüksək qiymətləndirilmir.    

Hələ də baş məşqçi axtarışında olan komandamızın qrup qalibi şansları cəmi 17,04 faizdir. Mütəxəssislər Azərbaycan yığmasını daha çox 3-cü sırada görür:

1-ci yer: 17,04
2-ci yer: 24,61
3-cü yer: 29,60
4-cü yer: 28,75

Qrupumuzun digər komandalarına gəlincə, Monteneqronun birincilik şansı 47,43 faizlə dəyərləndirilir. Kipri ikinci (27,51) ikinci sırada görən ekspertlər Lüksemburqu autsayder hesab edir – 37,20 faiz.