10:26 01-07-2020
news_image
108
FUTBOL

Adebayorun müqaviləsi pozuldu – koronavirusa görə

Toqolu futbolçu Emmanuel Adebayor klubsuz qalıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçunun çıxış etdiyi Paraqvay “Olimpiya”sı ilə müqaviləsi qarşılıqlı razılıqla pozulub.

Buna koronavirus pandemiyası səbəb olub. Klub rəhbərliyi futbolçunun Paraqvayda xəstəliklə bağlı çoxsaylı çətinliklərlə üzləşə bilərək sağlamlığını risk altına qoyacağını nəzərə alaraq onunla yollarını ayırıb.

Qeyd edək ki, Adebayor 2020-ci ilin fevralında “Olimpiya”ya qoşulub. Bu komandada 4 matç keçirən forvard əvvəllər İngiltərədə “Mançester Siti”, “Tottenhem”, “Kristal Pelas”, “Arsenal”, İspaniyada “Real”, Fransada “Mets”, “Monako”, Türkiyədə “Başakşəhər” və “Kayserispor”da forma geyinib.