10:33 01-07-2020
news_image
95
FUTBOL

Yeni rəqib axtarışı - Dadaşova

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton" hücum xəttini gücləndirmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi mövsümün sonunda bir forvard transfer etməyi planlaşdırır.

Baş məşqçi Nuno Eşpirito Santo gələn mövsüm əsas hücumçu Raul Ximenesə iki əvəzləyici müəyyənləşdirib ki, bunlar Renat Dadaşov və Leonardo Kampyanadır. Lakin bunun kifayət etmədiyini düşünən portuqaliyalı mütəxəssis daha bir forvardın alınmasını tələb edib.

"Vulverhempton" "Zalsburq"lu Hvan Hi Çanla maraqlansa da, cənubi koreyalı "Leypsiq"ə keçməyi üstün tutub. Rəhbərlik 4-cü hücumçu kimi Qonsalo İquain, Karlo Vinisyus, Denni Loader və ya Emmanuel Dennisi transfer etməyə çalışır.

Qeyd edək ki, "Vulverhempton" hazırda Premyer Liqada 32 turdan sonra 52 xalla 6-cı pillədə qərarlaşır.