12:25 01-07-2020
news_image
162
FUTBOL

“İnter” də istəmir - Perişiçi

Almaniyanın “Bavariya” klubu İvan Perişiçin transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi İtaliya “İnter”indən icarəyə götürdüyü xorvatiyalının keçidini həll etmək istəsə də, futbolçunun yüksək maaş alması Bundesliqa klubunu fikrindən daşındırıb.

Almaniya çempionu daha gənc və ucuz əvəzləyicilərə güvənməyi daha məqsədəuyğun sayır. Bu səbəbdən də “Bavariya” vingerin transferinə ehtiyac duymur.

Perişiçin mövsümlərarası fasilədə klubunu dəyişəcəyi ehtimal olunur. Çünki onun müqavilə ilə məxsus olduğu “İnter” də onun xidmətində maraqlı deyil.