13:03 01-07-2020
news_image
156
FUTBOL

“Bavariya”da - Fransa çempionu

Almaniyanın “Bavariya” klubu növbəti transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Bundesliqanın çempionu Tanqi Kuassinin keçidini açıqlayıb.

Fransanın PSJ klubunun 18 yaşlı müdafiəçisi yeni komandasına azad agent kimi qoşulub. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan Kuassi ötən mövsümdən əsas komandaya cəlb olunub. O, çempionu olduğu Liqa1-də 6 oyun keçirib və 2 qol vurub.