13:34 01-07-2020
news_image
315
STOLÜSTÜ OYUNLAR

Bəxti gətirmədi, reytinq birincisi ilə görüşəcək - Günay Məmmədzadə

Qadınlar arasında onlayn sürətli şahmat üzrə Dünya Kubokunun ikinci mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Yarışdakı yeganə Azərbaycan təmsilçisi Günay Məmmədzadənin də rəqibi bəlli olub. Şahmatçımızın bəxti gətirməyib.

Kubokun birinci mərhələsinə 1/8 finalda vida edən Günay bu dəfə də keçilməsi çətin olan səddə tuş gəlib. O, dünyanın ən yaxşı qadın şahmatçılarından biri Yifen Hou ilə üz-üzə gələcək. Sabiq dünya çempionu və FİDE reytinqinin lideri ilk mərhələdə istirahət etdiyindən yarışdakı debütü təmsilçimizə qarşı olacaq.