14:23 01-07-2020
news_image
81
FUTBOL

"Barselona"nın müdafiəçisini qaytardı - "Şalke"

"Şalke" müdafiəçi Xuan Mirandanı komandada saxlamayıb.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu "Barselona"ya qaytarılıb.

Mirandanın "Şalke" ilə icarə müddəti gələn ilin yayına qədər olsa da, Gelzenkirxen təmsilçisi sözləşməyə xitam vermək qərarına gəlib. Bu barədə Bundesliqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qeyd edək ki, Xuan Miranda 2019/20 mövsümündə 12 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.