14:31 01-07-2020
news_image
134
FUTBOL

Hücumçusunun gedişini açıqladı - "Sumqayıt"

"Sumqayıt" hücumçusu Mehdi Şərifi ilə yollarını ayırdığını bəyan edib.

Apasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi tvitter səhifəsi vasitəsilə bu ayrılığı açıqlayıb.

Bildirilib ki, iranlı forvardın gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. 28 yaşlı oyunçu karyerasını ölkəsində davam etdirəcək.

Qeyd edək ki, Mehdi Şərifi geridə qalan mövsüm Premyer Liqada 5 qola imza atıb.