15:19 01-07-2020
news_image
180
FUTBOL

Alaba yenə "yox" dedi - yeni müqaviləyə

"Bavariya"nın müdafiəçi David Alaba ilə yeni müqavilə bağlamaq cəhdi növbəti dəfə uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, Avstriya millisinin üzvü ilə danışıqlar düyünə düşüb.

Bundesliqa çempionunun İdarə Heyətinin sədri Karl-Hayns Rummenigge və idman direktoru Hasan Salihamidziçin 28 yaşlı futbolçunun özü və menecerliyini edən atası Corcla görüşü baş tutub. Tərəflər yeni müqavilədə yenə ortaq məxrəcə gələ bilməyiblər. Səbəblərdən biri oyunçunun yüksək maaş tələbidir. İkincisi, Alaba karyerasını İspaniyada - "Real" və ya "Barselona"da davam etdirmək arzusundadır. Lakin koronavirus pandemiyasının yaratdığı maliyyə problemi onun istəyinin reallaşma ehtimalını azaldır.

Qeyd edək ki, "Bavariya" ilə müqavilə müddəti gələn ilin yayına qədər olan David Alaba 2019/20 mövsümündə 37 oyunda iştirak edib, 1 qol, 2 assistlə yadda qalıb.