15:41 01-07-2020
news_image
238
DİGƏR NÖVLƏR

Yeni təyinat - AMADA-da

Azərbaycan Milli Antidopinq Agentliyində (AMADA) yeni təyinat baş tutub.

Apasport.az saytının məlumatına görə, Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsinə "Xəzər TV"dən ayrılan Vamiq Nəsirov gətirilib.

Bu barədə Nəsirov özü feysbuk səhifəsi vasitəsilə paylaşımında yazıb: "Mənə göstərilən bu etimad üzərimə həm də böyük məsuliyyət qoyur. Siz dəyərli dostlarımın dəstəyi ilə bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyimə inanıram".