16:07 01-07-2020
news_image
126
FUTBOL

Növbəti ayrılıq - "Sabah"da

"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yarımmüdafiəçi Rəşad Eyubovla vidalaşıb.

Müqavilə müddəti başa çatan 27 yaşlı orta sahə oyunçusu ilə yeni saziş bağlanmayıb və Rəşad azad agent statusuna yiyələnib. Eyubov "Sabah"ın heyətində keçirdiyi ümumilikdə 24 oyunda 3 qola imza atıb.

Qeyd edək ki, "Sabah" buna qədər Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Vadim Abdullayev və Məqsəd İsayevlə yollarını ayırıb.