16:34 01-07-2020
news_image
473
DİGƏR NÖVLƏR

Ekklstoun ata oldu – 89 yaşında

“Formula-1”in sabiq sahibi Berni Ekklsstoun 4-cü dəfə ata olub.

Apasport.az saytının məlumatına görə, 89 yaşlı Ekklstoun və 44 yaşlı xanımı Fabiananın oğlu dünyaya gəlib.

İsveçrədə doğulan körpəyə Eys adı qoyulub. Fabiananın hamiləliyi dövründə cütlük uzun müddət Braziliyada olsa da, koronavirus səbəbindən bu ölkəni tərk edib.

Qeyd edək ki, Eys Ekklstounun ilk oğludur. Bunadək onun üç qızı var idi. Onun böyük qızı Deboranın 65, kiçik qızı Tamaranın 35 yaşı var.